Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Narkomaniya cəmiyyətin sosial bəlasıdır

0

  •       Bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının müvafiq Konvensiyalarına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür.        
    Narkomaniya uzun illərdir dünyanın ən böyük problemlərindən biri kimi bəşəriyyəti düşündürür və narahat edir. Cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyl təəssüflər olsun ki, günü-gündən artmaqdadır. Əksərən də yeniyetmə və gənclər arasında. Çünki onlar daha çılğın və emosionaldırlar, istəklərini həyata keçirmək üçün ən gözlənilməz yollara da əl atırlar. Bu da təbii ki, onları könüllü olaraq narkotik alverçilərinin müştərisi edir. Hazırda bəşəriyyət qarşısında duran ən mühüm məsələlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqdır. Narkobiznes hazırda çox mənfəətli kriminal sahələrdən biri olmaqla ondan əldə edilən gəlirlər başqa transmilli cinayətlərə, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilir. Bu da öz növbəsində onun təhlükəliliyini daha da artırır. Dünyanın müxtəlif qaynar bölgələrində həyata keçirilən terror aktları, qırğınlar, dağıntılar, günahsız insanların. xüsusən də uşaqların ölümü ilə nəticələnən qorxunc hadisələrin çoxu beynəlxalq narkobiznes hesabına həyata keçirilir və günü bu gün də davam etməkdədir. Qeyd etmək lazımdır ki, son illər respublikamızda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, habelə digər bihuşedici maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün səviyyələrdə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar, o cümlədən qeyri-hökumət təşkilatlarının da fəallığı nəzərə çarpacaq dərəcədə xeyli artmışdır. Qeyd olunanları nəzərə alaraq, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi elan edərək, 1996-cı il avqustun 26-da müvafiq Fərman imzalamış və beləliklə, cəmiyyət və dövlət üçün təhlükəli olan bu problemin həlli məqsədi ilə dövlət səviyyəsində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Qeyd olunan Fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Eyni zamanda, 28 iyun 2005-cu ildə isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Qanun qəbul olunmuşdur. Bu qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasivası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir. Onu da qeyd etmək lazımdır ki, hazırkı mürəkkəb şəraitdə narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə və əməli köməyinə böyük ehtiyac vardır. Narkomanlıq da narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən, mənşəyindən, vəzifəsindən və s. asılı olmayaraq hamı uçun eyni dərəcədə təhlükəlidir. Təəssüflə qeyd olunmalıdır ki, narkomanlığın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib. Qeyd etdiyimiz kimi ən acınacaqlı və haqlı narahatlıq doğuran hal, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının artmasıdır. Cəmiyyəti bu bəladan xilas etmək, yeni nəslin sağlam böyüməsi, gələcəyimiz olan gənclərin bu yoluxucu xəstəliyə tutulmalarının qarşısını almaq dövlətimiz başlıca vəzifələrindən biridir və dövlətimizin daimi nəzarətindədir.       
    Məhz bu məqsədlə 28 iyun 2007-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı " (2007-2012) təsdiq olunmuşdur. İnamla qeyd etmək olar ki, bir sıra başqa dövlətlərlə müqayisədə respublikamızda narkomaniya o qədər də geniş yayılmamışdır. Məlumdur ki, keçmiş sovetlər məkanında yaşadığımız 70 il ərzində narkomaniya problemi ilə məşğul olmaq, ona qarşı mübarizə aparmaq əvəzinə sovet ideologiyasının təsiri altında sovet dövləti və cəmiyyəti daha çox bu problemi gizlətməyə, narkotizmin cəmiyyətdə mövcudluğunu inkar etməyə çalışırdı. Nəticədə isə bu asılılıq kimi müalicəsi çox çətin başa gələn dəhşətli xəstəliyin qol-qanad açaraq şaxələnməsinə, daha dərin qatlara irəliləməsinə şərait yaratmışdır. O dövrdə narkotiklərlə bağlı cinayətlər haqqında rəsmi statistik məlumatlar ictimaiyyət və kütləvi informasiya vasitələrindən qapalı saxlanılmış, hər vasitə ilə cəmiyyətdən gizlədilmişdir ki, bunun da neqativ nəticələri bu gün də özünü göstərməkdədir.        26 iyun bütün dünyada “Narkomaniya və Narkotiklərin Qanunsuz Dövriyyəsininə Qarşı Beynəlxalq Mübarizə günü” kimi qeyd olunur. Ölkəmizdə narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində hüquq mühafizə orqanları tərəfindən qəti və effektiv tədbirlər həyata keçirilir, bu sahəyə xüsusi diqqət yetirilməklə qeyd olunan qanunazidd əməlləri törətmiş şəxslərə münasibətdə barışmaz mövqe nümayiş etdirilməklə barələrində qanunla nəzərdə tutulmuş cəza tədbirləri tətbiq edilir. O, cümlədən bu bəlaya düçar olmuş xəstələrdə narkoloji asılılığın aradan qaldırılması və onların sağaldılaraq cəmiyyətə qaytarılması üçün effektiv müalicə üsulları tətbiq olunur. Gənclərin maariflənməsi yönündə orta və ali məktəblərdə seminarlar keçirilir və narkomaniyanın səbəb olduğu bərpaedilməz xəstəliklər barədə məlumatlar verilir. Bu məsələdə cəmiyyətin digər üzvləri ilə yanaşı ən önəmli məsuliyyət həm də valideynlərin üzərinə düşür. Onlar övladlarına qarşı diqqətli olmalı, problemləri ilə maraqlanmalı və mütəmadi olaraq nəzarətdə saxlamalıdırlar.
    Hikmət Əsədov,
    Xocalı rayon prokurorunun köməkçisi  
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib56 dəfə
    narkomaniya cəmiyyətin sosial bəlasıdır

    Maraqlı gələ bilər